Bazar ertəsi, 06 May

"Bu müharibə fərqli olacaq" - Netanyahu

image

Qəzza zolağında HƏMAS-ın hədəflərinə endirilən aviazərbələrdən mülki əhali əziyyət çəkir.

Xəbər verilir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu bildirib.

“Bu müharibə fərqli olacaq, çünki Həmas fərqli bir düşmən növüdür. İsrail mülki itkiləri azaltmağa çalışsa da, HƏMAS onları artırmağa çalışır. Biz qanuni terror hədəflərinə hücum etdikcə, təəssüf ki, mülki insanlar əziyyət çəkir”, – Netanyahu deyib.

“HƏMAS hər gün ikiqat cinayət törədir, eyni zamanda “bizim vətəndaşlarımızı öldürür və öz vətəndaşlarının arxasında gizlənir”, – nazir qeyd edib.

Xatırladaq ki, Qəzza zolağındakı Əl-Əhli Xəstəxanası raket hücumu ilə  vurulub. Qurbanların sayı 800 nəfəri ötüb. Fələstin prezidenti Mahmud Abbas üç günlük matəm elan edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15